<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>495</hymn_number>
<title>Nə yaxşı ki, mənim Rəbb Allahım var İL495</title>
<lyrics>[V1]
 Nə yaxşı ki, mənim Rəbb Allahım var
 Gedəsi yerim var, qalası yerim.
 Nə yaxşı ki, mənim Xilaskarım var,
 Sözümü deyənim var.

[C1]
   Nə yaxşı ki, mənim Məsih İsam var -
   Yanan Dan ulduzu, Müqəddəs Quzu.
   Tökülən Qanıyla təqdis eyləyib
   Adımı Göylərə həkk edənim var.
   Nə yaxşı ki, mənim Rəbb Allahım var,
   Nə yaxşı ki, Rəbbim var.

[V2]
 Kədəri, qüssəni qoparıb məndən
 Şadlığı, sevinci bəxş edənim var.
 Alıb qayğıların, dərdin əlindən
 Təsəlli verənim var.

[C2]
   Nə yaxşı ki, mənim Xilaskarım var,
   Düşmənin torundan azad eyləyib
   Nurlu Səltənətə haylayanım var.
   Yaşayan, müqəddəs, qüdrətli arxam,
   Sarsılmaz, möhtəşəm bir dayağım var,
   Nə yaxşı ki, Rəbbim var.

[V3]
 Əbədi məhəbbət töküb qəlbimə,
 Müqəddəs Ruhuyla məsh edənim var.
 Nə yaxşı ki, Mənim Rəbb Allahım var,
 Nə yaxşı ki, Rəbbim var.</lyrics>
</song>